YouTube-da yayımlanan yarışmanın ii tanınan siması - Batuhan Boz və Oğulcan Yılmaz Nişantaşıdakı kafedə əlbəyaxa davaya çıxıblar.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Batuhan Boz küslü olduğu Oğulcan Yılmaz tərəfindən kafeyə "razborka"ya dəvət olunub.
Məlumata görə, dostu Barkın Şerefhanla kafeyə gedən Batuhan Boz Oğulcan Yılmaz və yanındakı böyük qrup tərəfindən hücuma məruz qalıb.
Batuhan Boz və dostu bir qrup tərəfindən dəqiqələrlə döyülüb.
Onları kafedə müştərilər çətinliklə ayırıb.
Batuhan Boz polisə verdiyi ifadəsində 70 min lirə dəyərində cib telefonunun oğurlandığını iddia edib.
Hadisə yerinə gələn polislər tərəfləri şöbəyə aparıblar.
Oğulcan Yılmaz orada Batuhan Bozun telefonu polisə təhvil verib.
Oğulcan Yılmaz və digər hücum edənlər "Qəsdən yaralama", "Təhdid və təhqir" ittihamları ilə məhkəmə önünə çıxaırlıblar.
Lakin hakim prokurorluğun vəsatəti ilə onları polisin nəzarətinə verilməsi barədə qərar çıxarıb.
Ləman
MİA.AZ