Müğənni Cem Adrian İzmirdə verdiyi konsertdə tamaşaçıların öz aralarında danışaraq səhnəyə arxa çevirməsinə qəzəblənib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, mahnıları və özünəməxsus şərhi ilə böyük pərəstişkar kütləsi toplayan sənətçi Cem Adrian İzmirdə verdiyi konsertdə pərəstişkarları ilə bir araya gəlib.
Səhnədə mahnı ifa edərkən tamaşaçıların davranışına qəzəblənən müğənni mikrafonla onlara səslənib: "Əfəndim, üzünüzü səhnəyə döndərin, bir danışaq. İçimdə nələr olduğunu bil bilsən...Mən Ahmet Kayadan mahnı oxuyanda, heç kim arxasını səhnəyə çevirə bilməz. Ayıbdır. Konsert dinləməyi bilməyən, lütfən, konsertə gəlməsin. Bura intim əlaqəyə girəcəyiniz konsert deyil. Mən mahnını oxuyanda hörmət göstərməlisiniz..".
Məlumata görə, müğənninin bu sözləri pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.
Ləman
MİA.AZ