"Prezident Ərdoğan və Miçotakis görüşəcək".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis məlumat verib.
O bildirib ki, prezident Ərdoğan və Yunanıstanın baş naziri Mitsotakisin sentyabrın 18-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində görüşəcəklər.
Nazir Yerapetritis türk həmkarı Hakan Fidanla görüşləri çərçivəsində ikitərəfli əlaqələri və iki ölkəni maraqlandıran regional məsələləri müzakirə etmək fürsəti əldə etdiklərini deyib: "Biz müsbət gündəmi davam etdirmək barədə razılığa gəldik”.
Tahir Şəlvəli
MİA.AZ