Rusiya bütün dünyanı qorxuya salacaq bir gediş edib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər ki, Rusiya lideri Putinin “Məğlubedilməz” adlandırdığı nüvə silahı - "Sarmat" raketləri hazırda müharibə vəziyyətinə gətirilib.
"Şeytan II" də kimi tanınan qitələrarası və uzaqmənzilli ballistik raketlərin işə salındığını Rusiyanın Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Yuri Borisov da təsiqləyib.
Borisov bildiirb ki, "Sarmat" strateji sistemi döyüş mövqeyinə keçib.
“Dünyanın ən ölümcül raketi” olaraq xarakterizə edilən bu raket sisteminin 18 min kilometr məsafədəki hədəfi dəqiq vura bilən dünyanın ən uzun mənzilli qitələrarası ballistik raketi olduğu iddia edilir.
Təxminən 208 ton ağırlığında olan raketlər ilk dəfə 2017-ci ildə sınaqdan keçirilib. Raketin bir neçə dəqiqə ərzində Avropanı, hətta ABŞ-ı vura biləcəyi xəbəri o zamandan aktuallığını qoruyur.
Lamiyə Əhmədli
MİA.AZ