Məşhur türk müğənnisi Berdan Mardini dünyada trendə çevrilmiş "barbi aksiyası"na qoşulmaqla özünü rüsvay edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, başdan ayağa qədər çəhrayı geyinən Mardini öz fotolarını  “Sevdim, sənə yaraşır” qeydi ilə sosial media səhifəsində paylaşıb.

Maraqlı budur ki, o, bu fotolarına gözlənilən əks reaksiya ilə qarşılaşıb.

Xüsusən onun uşaq beşiyindəki fotosunu lağa qoyan izləyicilər müğənniyə "səs salmayın, uşaq ağlayır"  kimi yüzlərlə replika atıblar.

Bir çox izləyiciləri isə Berdan Mardiniyə "axı, bu sənə yaraşmır" kimi şərhlər yazıblar.

Müğənni isə bu iradlara "qulaqlaırnı tıxayıb".

Ləman

MİA.AZ