Prezident Ərdoğanla Rusiya lideri Putin arasında görüş Soçidə keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə "Reuters" Agentliyi məlumat yayıb.
Bildirilib ki, prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin sentyabrın 4-də Soçidə görüşəcək.
Agentlik yazıb ki, iki liderin Ukraynadakı müharibə başda olmaqla, bölgədəki vəziyyət və taxıl tədarükü ətrafında müzakirə aparacaqlar.
Lamiyə Əhmədli
MİA.AZ