Məşhur müğənni Yıldız Tilbe bahalaşma və maaşlarla bağlı maraqlı paylaşım edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, iqtisadi böhrana diqqət çəkərək, maaşlaırn artırılmasını tələb edib: "Fəhlə və məmurlar 200 min, təqaüdçülər 150 min lirə alsın. Meyvə-tərəvəzin qiymətləri sabit qalsın, qiymət artımı olmasın. Deyirəm hamı yesin, içsin, əylənsin. Bu qədər...".

Onun bu paylaşımına yüzlərlə şərh yazan izləyiciləri iqtidarın iqtisadi blokunu "topa tutublar".

Ləman

MİA.AZ