Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər sərəncamla isə İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
MİA.AZ