Prezident İlham Əliyev 2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Həmin sərəncamla dövlət mükafatları elm sahəsi üzrə Tofiq Murtuza oğlu Nağıyevə ("Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə), mədəniyyət sahəsi üzrə Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə (Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə) və Ramiz Eyyub oğlu Quliyev (konsert-ifaçılıq fəaliyyətinə görə), ədəbiyyat sahəsi üzrə deputat Elmira Hüseyn qızı Axundovaya ("Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə) verilib.
musavat.com