Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi Birliyinin rəhbərliyinin «Bankinternet» istifadəçilərinə Müstəqil İnformasiya Agentliyinə məxsus olan sayta - Mia.az yaratdıqları problem aradan qalxıb.
Sayt rəhbərliyi bildirir ki, bununla bağlı nazirliyə edilən müraciətdən sonra sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Müşviq Əmirovun fəal dəstəyi ilə problem öz həllini tapıb. Buna görə şəxsən nazir Əli Abbasovla Müşviq Əmirova təşəkkür edir və ümid edirik ki, bir daha anoloji problem yaşanmayacaqdır.
Mia.az rəhbərliyi, eyni zamanda, ümid edir ki, barələrində gedən tənqidi yazıya dövləti cinayətə yol verməklə söz və mətbuat azadlığını boğmağa çalışan BTRİB rəhbərliyi haqda ən sərt qərar veriləcəkdir.