Müğənni Demet Akalın TV8-də şou verilişi aparmaq üçün kanalın sahib Acun Ilıcalı ilə anlaşma xəbəri Türkiyənin sənət dünyasında gündəm yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun bu barədə paylaşımına məşhur müğənni Tuğba Ekinci maraqlı reaksiya verib.

O, sosial media hesabında Demet Akalını "qayıq kürəyi"nə (avar) oxşadaraq Acun Ilıcalıya səslənib: "Kanal ölüyə sərmayə qoyub. Bunu Acun Ilıcanın yaşayıb görməsini gözləməyə ehtiyacı yox idi. Ekranda kürək (qayıı hərəkətləndirmək üçün avar) kimi görünən qadınlara pul verməyin adı nədir, maraqlıdır".

Müğənni kanalın hansı adla ona iş verdiyini  anlaya bilmədiyini sözlərinə əlavə edib.

Xatırladaq ki, Demet Akalın vaxtilə Star TV-də Alişanla, daha sonra beyaz TV-də şou prqram aparıb. O, hər iki telekanaldan dalaşaraq ayrılıb.

Ləman

MİA.AZ