Nigerdən sonra başqa bir Afrika ölkəsində hərbi çevriliş baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ordu generalları Qabonda iqtidarı devirdiyini açıqlayıb.
Onlar bu barədə dövlət televizyasında çıxış ediblər.
Məlumata görə, bir qrup hərbçinin çevriliş bəyanatına baxmayaraq, ölkənin paytaxtı Librevildə atəş səsləri eşidilir.
İddiaya görə, yenidən prezident seçilmiş Ali Bonqo Ondimbanın nəticələrinin ləğv edildiyi bəyan olunub.
Prezident Ali Bonqo Ondimban isə girov saxlanılıb.

Ali Bonqo Ondimban
Hazırda paytaxtda prezidentə sadiq hərbçilərlə ordu əsgərlərinin arasında atışma getdiyi deyilir.
Xatırladaq ki, Qabon Fransanın müstəmləkəsi olub, 1958-ci ildə Qabon Respublikası yaradılıb. 1960-cı ildə Respublika rəsmi olaraq müstəqilliyinə qovuşdu.
Ölkə zəngin təbii ehtiyatlara sahibdir. Qabonda neft hasilatı ildən ilə artır.
Dünyanın dördüncü böyük manqan yataqlarına sahib olan ölkədə neft və uran yataqları da iqtisadiyyata çox böyük qatqı təmin edir. Dağ-qazma və neft xaricində digər əhəmiyyətli fəaliyyət taxta istehsalıdır.
Qabonun 1967-ci ildən bu yana 2 prezidenti olub - Omar Bonqo və oğlu Ali Bonqo Ondimba.
Omar Bonqo 1967-ci ildən 2009-cu ildə ölümünə qədər prezident olub. Öldükdən sonra oğlu Ali prezident seçilib
Tahir
MİA.AZ