Son zamanların ən isti günlərini yaşayan Avropadan maraqlı görüntülər yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, avqustun son günlərində İsveçrəyə qar yağıb.
Məlumata görə, havanın temperaturu birdən-birə 30 dərəcə enib və Zermatt bölgəsi qar altında qalıb.
İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsinin (MeteoSwiss) sosial media səhifəsində ölkənin bəzi qismlərinə qar yağıdığı açıqlanıb: "Havanın temperaturu 31,2 dərəcədən birdən-birə o və 0.5-ə enib. Nəticədə bəzi bölgələr qarla örtülüb".
Lamiyə Əhmədli
MİA.AZ