2016-cı ildə Kənan İmirzalıoğlu ilə ailə quran aktrisa Sinem Kobal sosial media hesabında yeni pozalarda görüntülərini paylaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda yeni seriala çəkiliş üçün dəvətlər alan 35 yaşlı Sinem Kobal tətil etdiyi məkandan görüntüsünü yayıb.
Qısa zamanda onun fotolarına xeyli şərh yazılıb, xeyli izıləyicisi isə ona "sən və Kənan bəy hansı serialda görünəcəksiniz?" məzmunlu suallar veriblər.
Xatırladaq kji, 2016-cı ildə Kənan İmirzalıoğlu ilə ailə quran gözəl Sinem Kobalın 2020-ci ildə Lalin, 2022-ci ildə Leyla adlı övladları dünyaya gəliblər.
Ləman
MİA.AZ