İngiltərədən Vaqner lideri Priqojinin Rusiyanın Tver şəhərində təyyarə qəzasında ölməsi barədə xəbərlər bağlı bir iddia gündəmə "bomba" kimi düşüb
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ingilislər Priqojinin qəzada ölmədiyi ehtimalının üzərində dayanaraq, bu "oyu"nun rus hərbi səfərlərini gizlətmək üçün ssenari olduğunu iddia etməyə başlayıblar
Priqojinin bundan əvvəl, daha doğrusu, 2019-cu ildə də də ölməsi barədə rəsmi xəbər yayıldığını yazan ingilis mətbuatı bildirir ki, dəhşətli qəzada ölənlər arasında "Vanqer"in gerçək lideri Yevgeni Priqojin deyil, başqa bir "Yevgeni Priqojin" adlı şəxs ola bilər
Londonda yerləşən “Chatham House” Byin Mərkəzinin əməkdaşı Keir Giles bu barədə deyib: "Təyyarədə Priqojin adlı bir sərnişinin olduğu açıqlandı, lakin hamımız bilirik ki, Rusiyada o adsa şəxs tək "Vaqner"in lideri deyil. Hərbi sirr olaraq xeyli şəxsin adı "Priqojin" olaraq dəyişdirilib".
Priqojinin son vaxtlar səyahətlərini gizlətmək üçün bu cür oyunların qurulduğunu vurğulayan Gilesin sözlərinə görə, "Qısa müddət sonra gerçək Priqojin Afrikadan yeni bir video ilə görünsə, təəccüblənməməliyik" dedi.
Zülfiyyə
MİA.AZ