Səudiyyə Ərəbistanının Məkkə, Mədinə və Ciddə şəhərlərində güclü fırtına və leysan yağışları dağıntılara səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təbii fəlakət nəticəsndə Məscidül-Həramda təvaf edən yüzlərlə insan çətin anlar yaşayıb.

Güclü küləyin təsirindən dağntılar əmələ gəlib, yaralananlar var. 

Məkkənin ara küçələri də sel sularına təslim olub.

Ciddə və Mədinədə də güclü külək və yağış səbəbindən elektrik dirəkləri uçub, dağıntılar baş verib.

Zülfiyyə

MİA.AZ