Məşhur müğənni, 69 yaşlı Gülden Karaböcekin bu günlərdə bir şorba restoranında mahnı oxuması Türkiyədə sənətçiləri iki yerə bölüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gəncliyində "Hatırlayan Yeter", "Dilek Taşı", "Nem Kaldı", "Olmalıydım" və sair kimi mahnıları ilə məşhurlaşan müğənni Karaböcek Konyada qatıldığı kitab sərgisindən sonra restoranda mahnı oxuyub.
Onun məhz ucuz restoranda hit mahnılarını ifa etməsinə isə lağ edənlər arasında müğənni Demet Akalın "replikası" isə gərginlik yaradıb.
Məlumata görə, onun Gülden Karaböcekin gənc yaşlarında küsülü olan bacısı Neşe Karaböcekin əri ilə evlənməsini yada salan Demet Akalın sosial media hesabında yazıb: "Eniştəçi. bütün eniştəçilərin sonu belə ola, kaş ki".
Onun bu ağır mesajına isə başqa bir müğənni Tuğba Ekinci sərt reaksiya verib.
O, Demet Akalını keçmişi qurdalamaqda ittihamn edəərk, ağır oifadələrlə təhqir edib. Daha sonra isə Demet Akalının vaxtilə dərc olunan açıqlamasının yer aldığı qəzeti paylaşıb. Həmin qəzetdə isə Demet Akalın belə etiraf edib: “Bakirəliyimi İbrahim Tatlısəsə verdim”.
Tuğba Ekinci bildirib ki, yaşadğı müddətdə Akalın kimilərin meydanda at oynatmasına imkan verməyəcək.
Xatırladaq ki, vaxtilə Gülden Karaböcekin şox məşhur olanbacısı Neşe Karaböçək onun səhnədə yer almasını istəməyib. Bu səbəbdən bacılar aarsında nifaq yaranıb. İş o yerə çatıb ki, Neşe iə valideynləri Güldenlə bütün əlaqələri kəsiblər. Həmin vaxtı Neşenin rejissor əri ondan boşanaraq Güldənə "əlini uzadıb". Sonradan onlar evləniblər. Bundan sonra bacılar barədə Türkiyədə çoxsaylı yazılar yazılıb.
Ləman
MİA.AZ