Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il üçün Azərbaycanın elm, mədəniyyət və ədəbiyyat sahələrində dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Tofiq Murtuza oğlu Nağıyev – "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə

Mədəniyyət sahəsi üzrə

Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə – Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə

Ramiz Eyyub oğlu Quliyev– konsert-ifaçılıq fəaliyyətinə görə

Ədəbiyyat sahəsi üzrə

Elmira Hüseyn qızı Axundova– "Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.