Mahnıları, rəqsləri və qalmaqallı açıqlamaları ilə məşhurlaşan müğənni və aktrisa Selen Görgüzel daha sağlam və gümrah qalmaq üçün ana südü içməyə başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda “Youtube”da yayımlanan “Ağ Magazin” verilişinin şərhçisi olan Selen Görgüzel çəkilişlərdən sonra Nişantaşıda jurnalistlərə maraqlı açıqlama verib.
O, son vaxtlar təbii ana südü içdiyni iddia edərək, hətta əlində olan butulkadakı südün yeni övladı olan rəfiqəsinin südü olduğunu deyib: "Bu südü yeni övladı olan rəfiqəmdən sağdım. Təbii, əsl ana südüdür. Bunları çox sağlamaq olmaz, tez içmək gərəkdir. Hal-hazırda çox sıx bir tempdə işləyirəm, vitamin preparatları qəbul etsəm də, yorğunluqdan çıxa bilmirəm. Həkimim ana südü tövsiyə edir. Çox faydalıdır, xüsusi ilə xərçəng xəstəliyi və infeksiyalara qarşı mükəmməl güc mənbəyidir, əsl antibiotikdir”.
Ləman
MİA.AZ