İstanbulda keçirilən əməliyyat zamanı məşhur "Heijan" və "Muti" qruplarının üzvləri saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Heijan" və "Muti" ilə yanaşı, daha iki reper mahnılaırnda istifadə etdikləri silahlara görə hədəfə gəliblər: "Məhz kliplərində yer alan silahlardan sonra İstanbul polisi hərəkətə keçib. Hər iki qrup liderinin evindən qanunsuz silahlar tapılıb. Nəticədə "Heijan" kimi tanınan reper D.T. və S.İ. və CAC olaraq adlandırılan Ş.T. saxlanılıb. "Muti" ləqəbli reper M.N.D-nin isə haqqında həbs qərarı çıxarılsa da, o, hələ ki qaçaraq gizlənə bilib. Adıçəkilənlərin evində aparılan axtarış zamanı müxtəlif markalı silahlar da aşkarlanıb".
Ləman
MİA.AZ