“Neftçi”nin yay transferlərindən biri olan Mark Tamaş daha əvvəl başqa bir Azərbaycan klubuna təklif olunub.

Mia.az Aut.az-a istinadla xəbər verir ki, macarıstanlı müdafiəçinin menecerləri onun “ağ-qaralar”dan əvvəl “Sumqayıt”a transfer olunması üçün çalışıblar. Futbolçunu aylıq 5 min dollar məvaciblə “kimyaçılar”a təklif ediblər.

Ancaq bu transfer baş tutmayıb. Çünki komandanın baş məşqçisi Samir Abasov “bu qiymətə daha yaxşı seçimlərim var”, – deyərək Tamaşın xidmətindən imtina edib.

Nə qədər qəribə olsa da, bir müddət sonra o, başqa bir kluba – “Neftçi”yə təklif olunub. Bu, Adrian Mutunun “ağ-qaralar”a gəlişindən sonra reallaşıb. Rumın mütəxəssis Markı ölkəsindəki “Sepsi” klubundakı çıxışlarından tanıdığından, bu keçidə müsbət cavab verib.

Nəticədə onunla 2 illik müqavilə imzalanıb. Amma Tamaşın “Neftçi”də aylıq maaşı 5 min dollar deyil daha çoxdur. O, “ağ-qaralar”la 3dəfə çox, 15 min dollar məvacibə anlaşıb.

Maraqlıdır ki, 5 min dollara “Sumqayıt”ı razı sala bilməyən menecerləri onu “Neftçi”yə daha yüksək məbləğə necə transfer edə biliblər?

Aydındır ki, klubun bu "alış-veriş" işlərinə klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf işlərinin çşoxluğu ilə nəzaərət edə bilmir. Elə isə bu cür vəsait dağıdıcı "transfer"ləri kim və ya kimlər həyata keçirir? Yaxud hansı maraqlı?

MİA.AZ