Bir zamanlar "Hatırlayan Yeter", "Dilek Taşı", "Nem Kaldı" və "Olmalıydım" kimi mahnıları ilə türk musiqisində dəri iz buraxan 69 yaşlı müğənni Gülden Karaböcek Konyada kitab sərgisinə qatılıb

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sevənlərinin böyük marağını nəzərə alaraq orada hit mahnılarından bəzilərini ifa edib.

Tədbirdən sonra açıqlama verən Gülden Karaböcek deyib ki, xalqın ona isti münasibətindən çox qürurlanır: "Anadolu camaatının isti münasibətindən çox sevindim. Birlikdə gözəl bir gün keçirdik".

Ləman

MİA.AZ