Məşhur türkiyəli müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, hazırda Türkiyədə veriliş aparan, eyni zamanda, başqa bir əcnəbi ilə evlənməyə hazırlaşa Çloe Loughnanla bağlı "Bütün ipləri əlinə verdim, o da mənim ağzıma s...i" sözlərinə reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddətdir Türkiyədə maqazin proqramının aparıcısı olan Loughnan evlənməyə qərar verdiyi yeni sevgilisi Ferqus Hennessi ilə İstanbulun Nişantaşı bölgəsində fotosessiyaya çəkilərkən jurnalistlərin suallaırnı cavablandırb.

Loughnan Türkiyə vətəndaşı olmaq istədiyini deyib: "12 ildir buradayan. Artıq Türkiyə vətəndaşı olmaq istəyirəm".

O, daha sonra keçmiş həyat yoldaşı Serdar Ortaçın ona ünvanlı kıskin mesakına belə cavab verib: "Onun sözlərinə şərh vermək istəmirəm. Yəqin ki, onun şəxsi həyatında ciddi problemləri yaranıb. Onun haqqındakı sözlərinə cavab verməyə mənim türkcəm yetmir. Yoxsa, ona çox gözəl cavab verərdim. Birdəki o, təkcə mənə yox, bütün qadınlar haqqında sərt sözlər deyib".

Xatırladaq ki, Serdar Ortaç keçmiş arvadını "acgözlülük"də ittiham etməklə yanaşı,  kişilərə də nəsihət verib: "Amandır, ipininiz qadına verməyin...".

Ləman

MİA.AZ