Dünən axşam Artvində verdiyi konsertdə müğənnni həmkarı Demet Akalınla mübahisə edən Resul Dindar baş verənlərlə bağlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Artvinin Arhavi rayonunda keçirilən 49-cu Beynəlxalq Arhavi Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində dünən axşam səhnəyə çıxan sənətçisi Resul Dindar ilə müğənni Demet Akalın arasında gərginlik yaşanıb.
Səhnə vaxtından əvvəl konsertin dayandırılması tələbinə etiraz edən Dindar təşkilat tərəfindən təhqir və təhdidlərə məruz qaldığını deyərək üsyan edib.
Müğənni Rəsul Dindar "İnstaqram" hesabındakə paylaşımında bildirib kik, konsert zamanı səhnəyə gec çıxması təşkilatçılaırn günahı olub: "Saat 20.30-da başlaması planlaşdırılan konsertim təşkilatçılar tərəfindən Festival proqramının gec başlaması səbəbilə saat 21.00-a qədər uzadıldı. Daha sonra yaranan problemlərə görə saat 21.20-də səhnəyə çıxa bildim və bu vəziyyət Demet Akalın komandası ilə paylaşıldı. Yəni, bu məndən aslı deyildi. Buna baxmayaraq, səhnəmi 22.20-də bitirməli idim. lakin məni hər 5 dəqiqədən bir təzyiqlər etməyə başladılar, dedilər ki, Demet Akalın gedəcək, tez bitir-filan, yoxsa o, səhnəyə çıxmayacaq. Dəqiqəbə-dəqiqə təzyiq ogücləndi. Mən də təbii ki, səhnə vaxtımı zamanında tərk edəcəyimi söylədim".
O daha sonra Demet Akalın və ətrafı tərəfindən səhnənin basılmasından söz açıb: "Onlaırn səhnəni basaraq, məni təhdid etmələri, enməzsəm, daha pis sanksiyalarla məruiz qalacağımla hədələmələri yaşandı. Buna çox təəəssüf edirəm. Bu, tək mnə deyil, tamaşaçılara da hörmətsizlik idi..."
Ləman
MİA.AZ