Avqustun 14-də Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadlaxəbər verir ki, yanğınsöndürmə əməliyyatlarında FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib.
***
Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.
Mia.az FHN)-ə istinadla xəbər verir ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.
Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
***
Qəbələdə dağlıq ərazi yanır.
Mia.az xəbəır verir ki, FHN-in “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.