Daha əvvəl 5 dəfə nikah masasına oturan məşhur müğənni İbrahim Tatlısəs növbəti evliliyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama verib.

71 yaşlı İbrahim Tatlısəs bildirib ki, təklikdən canı sıxılır: "Təklik Allaha məxsusdur, yalnız yaşaya bilmirəm. Hər an sürpriz şəkildə evlənə bilərəm".

Xatırladaq ki, İbrahim Tatlısəsin əvvəlki 5 nikahdan 5 qızı, 2 oğlu var.

Ləman

MİA.AZ