YouTube-da yayımlanan "Stil İkonu" yarışması ilə tanınan model Gizem Karamelekin qadın qaçırmaya görə həbs olunması barədə dünən xəbər vermişdik.
Mia.az Türkiyyə mətbuatına istinadla xəbər verir ki, Gizem Karamelek sevgilisi ilə görüşdüyündən şübhələndiyi Zeynəb Kübra adlı qadını qardaşı və dostlarının köməyi ilə qaçıraraq, ona dhşətli işgənclərə verib.
Kanal D-nin özəl məlumatına görə, bir müddət birlikdə olduğu sevgilisinin başqa qadınla sevgili olduğundan şübhələnən Gizem Karamelek qısqanclıq krizinə girərək, Kübranı qaçırmaq qərarını verib.
O, qardaşı və dostları ilə birgə plan quraraq qaçırdığı Zeynəb Kübranı bir villaya aparıb, onun saçını qırxaraq əzab veriblər: "İstanbulun Çatalca rayonunda yerlləşən villada günlərlə qadına işgıncə verən dəstə daha sonra onu gizli yollarla Gürcüstana qaçırmaq istəyərəkən Çorumda qəfil polis yoxlamasına tuş gəliblər. Burada səs-küy salaraq yardım istəyən qadını polis maşının gizli saxlanc yerində tapıb. Bundan sonra Gizem Karamelek, qardaşı və 3 dostu barədə həbs qətimkan tədbiri seçilib".
Bu gün isə Türkiyə mətbuatında qaçırıaln Kübra Zeynəbin qandonduran ifadəsi yayılıb.
Kübra deyib ki, Karamelek və dəstəsi onu Çatalcadakı villasına apardıqdan sonra ona olmazın əzabını veriblər: "Onlar maşında məni döyə-döyə evə gətirdilər. Burada saçımı qırxdılar, zorla 4 nəfər məni zorladı. Hənin anları videoya çəkirdilər. Daha sonra məni narkotikdən istifadə etməyə məcbur edib, döyməyə başladılar. Həmin anlar ölmək istəyirdim, ancaq bunlar o qədər qəddar idiər ki, əzablarımdan zövq alır, başıma yeni-yeni oyunlar açırdılar".
Kübra qeyd edib ki, villada saxlanıldığı müddətdə mütəmadi olaraq 4 nəfər tərəfindən zorlanıb: "Hər gün bu cür işgənclələrə davam edirdi. Məni rorlama təlimatını birbaşa Gizem Karamelekin özü verirdi".
Türkiyə mətbuatı yazır ki, istintaq araşdırması zamanı keçmiş modelin bir "cinayət makinası" olduğu üzə çıxıb: "Onun üzərində 19 ayrı-ayrı cinayət hadisəsi var".
Ləman
MİA.AZ