Show TV-də yayımlanan qalmaqallı "Kızılçık Şərbəti" serialının baş rol ifaçılarından olan Evrim Alasya "İnstaqram"da ona təhqiramiz mesajlar atan qadın izləyicisini ifşa edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, həmin qadınən müəllimə olduğunu deyərək, onun təhqiramiz mesajını paylaşıb.

Aktrisa yazıb ki, ona "fahişə" deyən qadını məhkəməyə verib: "Bu xanım müəllimdir! Özü haqqında alim, müəllim, təbiətşünas, evli, uşaqlı,  və s. təqdimat yazıb, xoşbəxt və rahat həyatı olduğunu bildirib. Üzr istəyirəm, ancaq mən bunun rahatlığını bir müəddətlik narahat edəcəyəm. O, mənim "fahişə"' olduğumu düşünür. Gəl məhkəməyə, sübut elə".

Aktrisa daha sonra yazıb ki, əgər bu ölkənin müəllimləri belədirsə, vəziyyət doğrudan da ağırdır: "İndi məhkəmədə desin, məni niyə narahat edir...".

Xatırladaq ki, "müəllimə" aktrisaya "Fahişə" deməklə yetinməyib, o mesajında yazıb ki, "onun-bunun qucağında gəzməklə, aktrisa çox varlanıb: "Varınız var. Niyə bəynmədiyiniz ölkədən rədd olub getmirsiniz?".
 
Ləman

MİA.AZ