YouTube-da yayımlanan "Stil İkonu" yarışması ilə tanınan fenomen Gizem Karamelek qadın qaçırmaya görə həbs olunub.

Mia.az Türkiyyə mətbuatına istinadla xəbər verir ki, Gizem Karamelek sevgilisi ilə görüşdüyündən şübhələndiyi Zeynəb adlı qadını qardaşı və dostlarının köməyi ilə qaçırıb. 

Kanal D-nin özəl məlumatına görə, bir müddət birlikdə olduğu sevgilisinin başqa qadınla sevgili olduğundan şübhələnən Gizem Karamelek qısqanclıq krizinə girib: "Bundan sonra dəhşətli plan quran Karamelek qardaşı və dostları ilə birgə plan quraraq Zeynəbi qaçırıblar. Həmin anda saatlarla maşında qadını döyən dəstə üzvləri daha sonra onun saçını qırxaraq, bir villayaya kilidləyiblər. Çatalcada yerlləşən villada günlərlə qadına işgıncə verən dəstə daha sonra onu gizli yollarla Gürcüstana qaçırmaq istəyiblər. Ancaq Çorumda qəfil polis yoxlaması Zeynəbin həyatını xilas edib. Həmin an səs-küy salaraq yardım istəyən qadını polis maşının gizli saxlanc yerindən çıxarıb. Bundan sonra dəstə üzvlərui saxlanılaraq polis bölməsinə aparılıblar. İfadələri alındıqdan sonra  Gizem Karamelek, qardaşı və 3 dostu barədə həbs qətimkan tədbiri seçilib".

Ləman

MİA.AZ