Türkiyədə yenə zəlzələ olub.
Mia.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, ölkənin Yalova şəhərində Mərmərə dənizinə yaxın ərazidə 3,3 bal gücündə zəlzələ baş verib: "Yerin 7,7 kilometr dərinliyində baş verən zəlzələ Yalova ilə yanaşı, İstanbul, Bursa və Kocaelidə də hiss olunub".
Kandilli Rəsədxanası isə zəlzələnin 3,6 bal gücündə olduğunu açıqlayıb. Kandilli zəlzələnin 14,1 kilometr dərinlikdə baş verdiyini bildirib.
Lamiyə
MİA.AZ