Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.
Mia.az xəbər verir ki, bu barədə nazirlik paylaşım edib: “Gürcüstanın Şovi və Raça bölgəsində baş verən güclü sürüşmə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı veririk. Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”.
Xatırladaq ki, Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi olub. Nəticədə 7 nəfər ölüb, 30 nəfər isə torpaq altında qalıb.
Bununla bağlı Gürcüstanda avqustun 7-si matəm günü elan olunub.
Samir
MİA.AZ