Mia.az-a "Binə" Çörək zavodunun istehsal etdiyi çörəyin içindən çıxan maraqlı məhlul və əşyalarla bağlı
foto-faktlar daxil olub.
Mia.az xəbər verir ki, bu hadisə ilə Bakı sakini
üzləşib. Onun zavod rəhbərliyi ilə danışığı isə effektsiz olub. Zavodun nümayəndəsi
bunu sexdə təmizlik apararkən, barabana vuruluna "solidor” yağının yaxşı
təmizlənməməsiylə əlaqələndirməyə şalışıb. Ancaq razılaşaq ki, bu, səmimi
açıqlama deyil.
Mia.az-ın ilkin aldığı rəylərdən isə aydın olub ki,
çörəyin işindən çıxan və fotolardan görünən qara məhlulun nə olduğu dəqiq bəlli deyil.
Mia.az həmin çörəyin müvafiq ekspertizdan
keçirilməsi üçün aidiyyatı qurumlara rəsmi müraciət hazırlayıb. Ümid edirik ki,
bu, insan səhhəti üçün təhlükəli olmayacaq.
Faktla xəbərdə yeniləmə aparılacaq.
Bizi izləyin!
MİA.AZ



