Keçən mövsümün ən reytinqli serialı olan "Yalı Çapkını" gələn həftə  yeni mövsümün çəkilişlərinə başlayır.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, yeni mövsümdə serialda bir neçə nəfərə yer verilməyəcək. Bununla bərabər, bir neçə parlaq aktyor setə daxil olunacaq.

Türkiyə mətbuatı yazır ki, yeni mövsümdə "Halis Ağa" obrazını canlandıran Çətin Tekindorun serialla vidalaşacağı xəbəri də yayılıb.

Çətin Tekindor

Onunla yanaşı, daha iki aktyorun da budəfəki mövsümdə serialda yer almayacağı iddia olunur.

Məşhur jurnalist Birsen Altuntaş bildirib ki, Tekindorun ayrılıq xəbərlərini nə təsdiq, nə dət əkzib etmək olar: "Amma güman ki, o, getməyəcək. Əksinə, Tarık və Saffet obrazını canlandıran Ediz Akşehir ailəsi ilə birgə yeni mövsümdə olmayacaq. Halis ağanın nəvəsi rolunu oynayanlardan biri  Taro Tekin olacaq. Halis ağanın qızı rolunu isə məşhur aktrisa Binnur Kaya oynayacaq".

Zülfiyyə

MİA.AZ