Məşhur aktrisa Eda Ece "Atatürk" serialının yayımından vaz keçən "Disney Plus"un qərarına reaksiyası yeni qalmaqal yaradıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisa bu qalmaqallı qərara Mustafa Kamal Atatürkün fotosuna üzərk qoyaraq belə paylaşım edib: "Türkiyə Cumhuriyyəti vətəndaşı olan hər kəsin ortaq sevdası, minnəti, şükrü Atatürk".

Ancaq onun ötən il "Dizney"in "üzqabığı" olması səbəbindən ABŞ yayımçısının adını çəkməməsi və "diplomatik oyun" tipli bu paylaşımı bir çox izləyicisi tərəfindən tənqid atəşinə tutulub.

Bəziləri hətta "Bu yayımçı Atatürkdənmi böyük oldu sənin üçün?", - deyə ona irad bildiriblər.

Bir sözlə, aktrisa "qaş düzəltdiyiyi yerdə, göz çıxarıb".

Xatırladaq ki, ötən il Türkiyədə yayıma başlayan "Disney Plus" daha əvvək Aras Bulut İynemlinin rol aldığı "Atatürk" serialını 2023-cü ildə yayımlayacağını rəsmən elan etsə də, bugünlərdə bu qərarından vaz keçib.

Bəzi iddialara görə, bu qərara ABŞ-dakı erməni lobbisi təsir göstərib.

Ləman

MİA.AZ