Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, yeni qanuna əsasən, Hesablama Palatasının Azərbaycan Mərkəzi Bankında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti yalnız Bankın inzibati-təsərrüfat fəaliyyətini əhatə edəcək.

İndiyənədək Palata Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirə bilərdi.