Türkiyənin Konya şəhərində 5, İzmirdə 3,9 bal gücündə zəlzələlərdən sonra 3 sata əvvəl daha bir şəhər silkələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, avqustun 1-də axşam saatlarında Ərzurumun Narman rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, zəlzələ insan tələfatı və dağıntılara səbəb olmayıb.
Lamiyyə
MİA.AZ