Bir vaxtlar "Çikita Banana", "Nane nanə", "Şahdamar" kimi mahnıları ilə məşhurlaşan Ajdar Anık 80 TL-yə (Təxminən 5 manat) istirahət mərkəzində səhnəyə çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "mən səhnəyə 3 milyon avrodan aşağı çıxmıram" deyə, tez-tez açıqlama verən müğənninin 5 manata mahnı oxuması qardaş ölkə mətbuatında maraqla qarşılanıb.
Bir çox mətbu orqanları bu hadisəyə ironik yanaşaraq, müğənnini "dəli" adlandırıblar.
Məsələ ilə bağlı Haberler.com-a açıqlama verən müğənni deyib ki, yayılan yeni video indinin deyil: "Bu görüntülər 2010-cu ilə aiddir. Ora dincəlməyə getmişdim, Orada xahiş oldu deyə "yox" demədim. Hazırda mənim səhnə qonorarım 4 milyon avrodur. Bu rəqəmdən aşağı çıxış etmirəm".
Ləman
MİA.AZ