Bu gün gecəyarısı Moskvaya növbəti PUA hücumu baş verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin açıqlama yayıb.
O bildirib ki, ötən axşam Moskvaya üzərində olan daha bir neçə PUA zərərsizləşdirilib: "Vurulan PUA-ldar biri "Moskva Siti" kompleksinin qülləsinə çırpılıb. Ölənvə yaralanan olmasa da, binaya müəyyən zərər dəyib".
Rusiya mətbuatı yazır ki, hücumu Ukrayna kəşfiyyatı təşkil edib.
Xəbərdə o da deyilir ki, PUA hücumuna görə, Vnukovo hava limanında uçuşlar dayandırılsa da, səhərə yaxın aeroportun fəaliyyəti bərpa olunub.
Xatırladaq ki, Zelenski ötən gün açıq bəyan edib ki, müharibəni artıq yavaş-yavaş Rusiya əraziinə keçirirlər.
Tahir Şəlvəli
MİA.AZ