Bir neçə gün əvvəl "Kapital Bank” ASC-nin Kürdəmir filialının vəzifəli
şəxsləri haqqında cinayət işi açılması haqda yayılan məlumatlarla bağlı Mia.az-a
çox maraqlı məlumat daxil olub.
Mia.az xəbər verir ki, Baş Prokurorluğun rəsmi məlumatında adı "Kapital
Bank” ASC-nin Kürdəmir filialının müdiri kimi göstərilən Əlimövsüm Ağayev,
əslində, bank rəhbərliyi tərəfindən 2012-ci ildə həmin vəzifədən qanunsuz
əməllərinə görə azad edilibmiş. Və məsələnin ən maraqlı tərəfi isə odur ki, çox
qısa müddət sonra bu korrupsioner filial müdirinə Rabitə və Yüksək Texnologiyalar
Nazirliyində yüksək vəzifə verib.
Mia.az xəbər verir ki, Ə.Ağayevin Kürdəmir rayon Poçt Fillialının rəisi
təyin olunması anlaşılan deyil. Ən azı ona görə ki, Əlimövsüm Ağayevin bank filialının müdiri olarkən, haqqında rayondakı bir sıra
müəssisələrlə, o cümlədən «Beko» firması ilə əlbir olaraq, camaatı necə kredit
bataqlığına saldığı haqda dövrü mətbuatda da xeyli məqalələr çıxıb. Bundan
əlavə, Əlimövsüm Ağayevin barəsində Respublika Prokurorluğuna
və Korrupsiya Qarşı Mübarizə İdarəsinə kredit fırıldaqları ilə üzləşmiş insanların şikayəti ilə yanaşı, bank rəhbərliyinin müraciəti əsasında cinyaət işi açılıbmış: "Təəssüf ki, belə adamı böyük bir
rayona filial müdiri təyin etməklə, nazirliyin imicinə çox ağır
zərbə vurmuş oldular. Yenə sağ olsun Baş Prokurorluğu ki, gec də olsa, xəbəri
olmayan insanların adına kredit hesabı açmaqla, çoxsaylı qanun pozuntularına
yol verən poçt filialının müdiri haqda sərt qərar verdi. Yəqin ki, nazir Əli
Abbasov da «Azərpoçt» MMC-nin rəhbərliyi ilə bu məsəsləni dəqiqləşdirib, cavabdeh şəxslərlə bağlı sərt qərarını verəcəkdir!".
Mia.az son
olaraq qeyd edir ki, bir neçə gün əvəl Baş Prokurorluğun mətbuat xidmətindən Ə.Ağayein həbs olunması ilə bağlı rəsmi məlumat yayılıb.
Məlumatda
bildirilir ki, "Kapital Bank” ASC-nin Kürdəmir filialının vəzifəli şəxslərinin
qanunsuzluqlara yol vermələri barədə həmin cəmiyyətdən daxil olmuş material
üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma
aparılıb.
Araşdırmalar
zamanı filialın müdiri Əlimövsüm Ağayevin vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub,
vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə saxta müqavilələr
tərtib edib cəmiyyətə məxsus 70 min 534 manat məbləğində pulu mənimsəmələrində
şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2
(mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və
313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda
iş üzrə istintaq davam etdirilir.
MİA.AZ