Mia.az-a İmişli rayonu, Çaxırlı kəndində müvəqqəti yaşayan Ağdərli məcburi köçkün Ceyhunə Şümşad qızı Qasımova tərəfindən Prezident İlham Əliyevə, Heydər Əliyevin prezidenti, millət vəkili Mehriban Əliyevaya, Təhsil naziri Mikayıl Cabbarova və digər dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubunun surəti daxil olub.
Mia.az məlumatına görə, Çaxırlı kənd sakini yaşadığı
kənd məktəbində baş verən xoşagəlməz olaylar səbəbindən iki ildən çoxdur
yeniyetmə qızını məktəbdən çıxardığını yazıb: «Əgər mən bu gün 10-cu sinifdə oxuyan
və sınaq imtahanlarında 600-dən çox bal toplayan yeniyetmə qızımı müdafiə edə bilmirəmsə,
onun şərəf və ləyaqətini qoruya bilmirəmsə, bu, mənimçün ölümə bərabər bir hadisədir.
Bəli, qızımı rəsmilərin iddia etdiyi kimi, mən xoşluqdan deyil, İmişli
rayonunun Çaxırlı kənd orta məktəbinin direktoru Atamoğlan Məmmədov və dərs
hissə müdirinin qızıma və qızlara qarşı ağlasığmaz ifadələr işlətməsi, tədrisin
çox aşağı səviyyədə olması, direktor və tədris hissə müdirinin nazirlik
səviyyəsində müdafiə olunmaları səbəbindən məktəbdən çıxarmaq məcburiyyətində qalmışam.
Məhz buna görə də, rayon təhsil şöbəsinin rəhbərliyi, o cümlədən şöbə müdiri Ramiz
Əmirovun müavini Vahid Tağıyev yoxlama zamanı mənə şifahi olaraq direktora Əmək
Məcəlləsinə uyğun olaraq şiddətli töhmət verildiyi, içki düşkünü olduğunu
yanımda ona irad tutsalar da, bu faktlar təəssüf ki, yoxlama aktına daxil edilməyib.
Yəni rəsmiləşdirilməyib. Təhsil şöbəsinin digər məmuru Şükür müəllim isə açıq şəkildə
qarşı tərəfin tam müdafiəsində durub. O, məndən izahat alaraq, evlərə getmiş, pedaqoji
işçilərdən özlərinin xeyrinə ifadələr almış və bununla da məni aldadaraq mənə
təhsil şöbəsinin müdiri Ramiz Əmirovun imzası ilə ittihama oxşayan cavab
verilmişdir. Bildirirəm ki, faktlar və mövcud vəziyyət Ramiz müəllimin yazdığı
kimi deyil, mən, qızımı məktəbdən ərizə verib çıxarmamışam. Ramiz müəllim
məktəbin fəaliyyətinin müsbət olduğunu bildirir(Şöbə müdirinin cavab məktubu
haqda aşağıda məlumat verilib). Lakin mən ona sual verirəm və tələb edirəm ki, bunlara
ümumi sözlərlə deyil, konkret cavab versinlər: Fakültətiv məşğələlər,
tarifikasiyalar, əsas fənlər üçün seçmə dərslərin fəaliyyət jurnalları nazirliyin
Maliyyə və Təhsil nazirliklərinin müfəttişləri tərəfindən nə vaxt yoxlanıldı? Ali
məktəbə qəbul olunan şəxs nə vaxt Çaxırlı kənd orta məktəbini bitirib? Bunlardan
əlavə, valideynləri aldadıb izahat yazdırmaq, sonradan isə aldırtdıraraq onun
əsəblərini pozacaq cavablar yazmaq, hörmətli prezidentimizin tövsiyə və qanunlarımız
nə dərəcə uyğundur?».
Şikayətçi yazır ki, nazir Mikayıl Cabbarovun qəbuluna düşmək üçün teleqramlar da vurub: «Təəssüf ki, nazirliyin şöbə müdiri Aydın Əhmədov 01.05.2014-cü il tarixli, Q-4873/1424 saylı məktubda Ramiz Əmirovun heç bir əsası olmayan və mənə göndərdiyi məktubunun surətini göndərib. Belə çıxır ki, nazirlik İmişli təhsil şöbəsinin bir bölməsidir. Bir daha sizlərdən xahiş edirəm ki, qaldırdığım məsələləri tam, hərtərəfli, obyektiv yoxlayıb, tədbir görülməsi üçün göstərişlər verəsiniz».
Onu da qeyd edək ki, şikayətçi məktubuna təhsil
şöbəsinin müdiri Ramiz Əmirovun ona qaldırdığı qalmaqallı məsələlərlə bağlı yazdığı
rəsmi cavabı da əlavə edib.
Həmin cavab məktubunda Ramiz Əmirov şikayətçiyə yazıb
ki, Təhsil Nazirliyinə göndərilən teleqram tərəflərindən araşdırılıb.
Mia.az obyektivlik naminə Ramiz Əmirovun şikayətçiə
məktubunu da yazıya olduğu kimi əlavə edir: «Siz teleqramda heç bir fakt (?!) göstərməsəniz də,
yazdığınız izahatda direktorun spirtli içki qəbul etməsini, son illərdə ali məktəblərə
qəbulun olmamasını, şagirdlərin, xüsusiylə qızların məktəbə gəlmədiyini göstərirsiniz.
Sizin əvvəllərdə
qaldırdığınız bu kimi məsələlər məktəbdə ətraflı araşdırılmışdır. Bu barədə sizə
həyat yoldaşınızın yanında məktəbdə və Təhsil Şöbəsində dəfələrdə məlumat verilmişdir.
Məktəbdə
əvvəlki
və indiki araşdırmalar zamanı pedaqoji kollektivin üzvləri bildirmişdilər ki, direktorun spirtli içki qəbul edərək məktəbə gəldiyini görməmişlər.
Son
iki ildə TQDK-nın statistik məlumatından göründüyü kimi, Çaxırlı kənd orta məktəbindən 2012-ci ildə 2, 2013-cü ildə yenə də 2 nəfər test imtahanları yolu ali məktəbə qəbul olunmuşdur və onlardan 2 nəfəri qızlardır.
Şagirdlərin
davamiyyəti
ilə bağlı: İl ərzində, o cümlədən son bir ayda Təhsil Şöbəsi tərəfindən məktəbdə aparılan monitorinqlər zamanı məktəb üzrə şagirdlərin dərsə davamiyyəti 75,85 faiz arasında olmuşdur. Təhlillər
göstərir
ki, dərslərə gəlməyən uşaqlar əsasən ayrı-ayrı günlərdə müxtəlif şagirdlər olmuşlar. Gəlməyən şagirdlərin də çox hissəsi oğlan uşaqlarıdır. Məktəb üzrə təhvil alan 96 nəfər qız şagirdi əsasən müntəzəm olaraq məktəbə davam edir. Müxtəlif günlərdə məktəbə gəlməyən şagirdlərin yalnız 8-10 faizini qızlar təşkil etmişdir. Beləliklə, qaldırdığınız faktlar əsasən özünü doğrultmur.
Siz
övladınızı 2011-ci ildə Çaxırlı kənd tam orta məktəbindən ərizə ilə çıxartmısınız. Yalnız son aylar şikayətçi olduğunuz dövrdə bildirirsiniz ki, məktəbə qız uşaqları gəlmədiyi üçün övladınızı köçkün rayon məktəbinə qoymusunuz.
Bildiririk
ki, övladlarınız istədiyiniz vaxt, qanunauyğun formada Çaxırlı kənd tam orta məktəbində təhsilini davam etdirə bilərlər.
Bir
daha xatırladırıq ki, məktəbin fəaliyyəti Təhsil Şöbəsi tərəfindən nəzarətə götürülmüşdür».
Mövzu diqqətdə
saxlanılmaqla yanaşı, tərəfimizdən araşdırılacaq. Adıçəkilən məktəbin direktoru və digərlərinin də mövqeyini dinləməyə hazırıq.
MİA.AZ