"Bizim Görevimiz Təhlükə: son hesablaşma" serialının İstanbulda nəzərdə tutulan bir seriyasının çəkilişi dayandırılıb.
Mia.az Türkiyə mətbuatına istinadıla xəbər verir ki, ötən həftə İstanbula gələrək "Kapalı çarşı" deyilən tarixi bazarı çəkiliş meydanı üçün seçən serialın rejissoru Kristofer Makquarri ötən gün qəfil qərarla fikrindən vaz keçib.
Məlumata görə, o, serialın İstanbulda çəkilişini ləğv edib: "Səbəb isə bazar yetklilərinin telefonla serialın məşqini gizli çəkərək sosial media hesablarında yayması olub. Rejissor gizlililik qərarının pozulmasına görə çəkilişi nəinki dayandırıb, hətta İstanbulda daha çəkiliş olmayacağını deyib. Artıq rejisssor və aktyor heyəti Türkiyəni tərk ediblər".
Ləman
MİA.AZ