2012-ci ildə ailə quraraq xaricə köçən və o vaxtdan gözlərdən uzaq qalan model Aysun Kayacı Türkiyəyə istirahətə gəlib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gözəlliyi və keçmişdə çəkildiyi seriallardan daha çox, “Mənim səsim dağdakı çobana bərabər ola bilməz” sözlri ilə Türkiyədə diqqətləri özünə çəkən model ötən gün Bodrumda yeni aldığı villanın dənizə olan sahilində görüntülənib.

Məlumata görə, Londonda yaşayan model rəfiqələri ilə villasından dənizə çıxışda əylənir.

Xatırladaq ki, 1997-ci ildə qatıldığı gözəllik yarışmasında 3-cü seçilən Aysun Kayacı illərdir modellik və aktyorluq edib.

2012-ci ildə Efe Kapancı ilə nikah masasına oturduqdan sonra Londona yerləşib. 

Ləman

MİA.AZ