ABŞ Hərbi Hava Qüvvələrinin zabiti və kəşfiyyatçı Devid Qruşun açıqlamaları ABŞ Konqresində keçirilən ictimai dinləmələrə damğasını vurub.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, çıxışından əvvəl and içən Qruş yadplanetlilərin həqiqətən də mövcud olduğunu və indiyədək 12 yadplanetli hava texnikasının yerə düşdüyünü iddia edib.
Kəşfiyyatçı deyib ki, yerə düşən texnikaların içindən yadplanetlilərin cansız bədənlərinin çıxarıblar.

Konqresdə heyrət doğuran çıxşı barədə sualların çoxuna cavab verməkdən imtina edən kəşfiyyatçı bildirib ki, buna səlahiyyəti yoxdur: "Həm də belə açıq dinləmələrdə bu kimi suallara cavab verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, həmin 12 texnika xüsusi mühafizə altında saxlanılır, yerlərini də məhdud sayda adam bilir. Onlardan biri də mənəm...".
Kəşfiyyatçıya isə ən çox verilən isə "Həmin texnikalar hardadaır?", "Yaratıqların qlaıqlaırnı neylədiniz?", "Yaratıqlarını texnikasına görə sonradan hansısa hadisə oldumu? Buna görə ölən var, yoxsa?" və sair bu kimi dövlət sirri təşkil edən suallar olub.
Tahir Şəlvəli
MİA.AZ