Antalyanın Kəmər rayonunda 4 gündür davam edən dəhşətli meşə yanğını İzmirin Kınık rayonundakı Çanaqqalada da başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanğınsöndürənlər gecə-gündüz dayanmadan yanğınları söndürməyə çalışsalar da, əlverişsiz hava kütləsi buna imkan vermir. 

Məlumata görə, ötən gecədən başlayaaq, artıq Kınıkda da 3 məhəllə boşaldılıb, əhali təxliyə olunub. 

Çanaqqalada isə bu səhər dronla çşəkilən görüntülər isə yanğının dəhşətini ortaya çıxarır. Bir çox ərazilər kül olub.

İzmirin Kınık, Çanaqqala və Antalyanın Kəmər rayonlarında baş verən meşə yanğınlarını söndürmək üçün digər bölgələrdən də yanğınsöndürənlər əraziyə yönləndirilib.

Lamiyə

MİA.AZ