İstanbulda ötən gün konsert verən "Qalatasaray"lıların sevimlisi Simge Sağın səhnə geyimi sosial şəbəkədə böyük müzakirələrə yol açıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, müğənninin yeni il gecəsinin yolkası üçün bəzək əşyalaırna bənzər geyimi sevənlərinən tənqidinə tuş gəlib.
35 mahnıdan ibarət repertuarı ilə pərəstişkarlarının sevdiyi mahnıları ifa edən müğənni geyim seçimi ilə heç də bəyənilməyib.
O, pərəstişkarlarından birinin "Yolkadakı ornamentlərə oxşayırsan" replikasına belə cavab verib: “Həyatımın qızıl çağını yaşayıram”.
Ləman
MİA.AZ