Gərgin konsert marafonuna fasilə verən superstar ləqəbli Ajda Pekkan Bodrumda dənizdəki yaxtasında istirahət edərkən çəkilən fotosunu yayıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 77 yaşlı müğənninin yaşından həddən artıq gənc görünüşü izləyicilərini həm heyrətə salıb, həm də ona tərif yağdırılmasına səbəb olub.
Ajda Pekkan çimərlik geyimindəki yeni fotosuna məşhurlar da reaksiya veriblər.
İllərə meydan oxuyan enerjisi və bədən quruluşu ilə hər zaman adından söz etdirən Ajda Pekkanın yeni fotosuna Sera Tokdemir, Sevim Emre, Petek Dinçöz, Arzu Sabancı və Seda Sayan kimi məşhurlar ürək və alov emojiləri ilə şərh yazıblar.
İzləyicilərinin böyük əksəriyyəti isə İnstagram-da paylaşılan bu fotoya "Elə bil deyil, 17 yaşı var" yazıblar
Ləman
MİA.AZ