Bakı Dövlət Universitinin 3 tələbəsi polislər tərəfindən həbs edilib.
Bu barədə Qaynar.info-ya hadisə yerində olan tələbələr məlumat veriblər.
Onların sözlərinə Azad Gənclik Təşkilatının 2 üzvü Sübhan Qəmbərli, Tamerlan Feyzullalı və Hüseyn Qarasulu polis əməkdaşları tərəfindən BDU-nun həyətində maşına mindirilərək polis bölməsinə aparılıb. Onların konkret hansı bölməyə aparıldığı məlum deyil.
Tələbələrin saxlanılmalarının 3 gün əvvəl keçirilən flashmobla bağlı olduğu deyilir.