Məşhur britaniyalı müğənni və aktrisa Ceyn Birkin 76 yaşında evində ölü tapılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 76 yaşlı sənətkarın cəsədini Fransanın paytaxtı Parisdəki evində baxıcı aşkarlayıb.
Fransanın "Le Parisien" qəzetinin məlumatına görə, Birkinin ölüm səbəbi məlum deyil.
Məlumata görə, 1969-cu ildə sevgilisi, fransız musiqiçi Serj Gainsbourg ilə birlikdə oxuduğu "Je t'aime…moi non plus" mahnısı ilə beynəlxalq arenada şöhrəti yayılan və fransızların "Fransızların çox sevdiyi ingilis qadını" olaraq xarakterizə etdiyi Birkinin son vaxtlar səhhətində problemlər yaranıb.
Məhz bu səbəbdən Birkinin may ayına təyin olunan konsertlərini də ləğv etdiyi bildirilib. Həmin vaxt Birkin konsertinin təxirə salınmasını belə izah eləyib: "Mən həmişə optimist olmuşam və anladım ki, qarşınızda dayanıb konsert vermək üçün bir az daha vaxta ehtiyacım var".
Ləman
MİA.AZ