“Kurtlar Vadisi” serialındakı “Elif” obrazı ilə yadda qalan Özgü Namal 9 illik fasilədən sonra “Qırmızı qönçələr” serialınin rejissoru ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş səhifəsində anons verib.
O bildirib ki, "Goldl Film" şirkətinin çəkdiyi serialla anlaşan Özgü Namal ssenarisi Necati Şahinə məxsus olan "Qırmızı qönçələr"də həm müğənni, həm də aktyorluq edən məşhur Özcan Dənizlə birgə baş rolda oynayacaq.
Xatırladaq ki, "Asmalı Konak", "Karagül", "Kaderimin Yazıldığı Gün" və "İstanbullu Gəlin" filmlərində oynayan Dəniz son olaraq İrem Helvacıoğlu ilə "Səni Beklediyim" serialında baş rolu paylaşıb.
2020-ci ildə həyat yoldaşı Ahmet Serdarı itirən Özgü Namal isə ən son 2014-cü ildə "Merhamet" serialında baş rolda olub.
Türkiyə mətbuatı yazır ki, o, həyat yoldaşının vəfatında sonra, ümumiyyətlə, heç bir bir tədbirə qatılmayıb.
Ləman
MİA.AZ