Litvada NATO sammiti çərçivəsində mətbuat konfransı keçirən Türkiyə prezidentə Ərdoğan Qarabağdakı sülhməramlılarla bağlı sualı cavablandırıb.
Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, Ərdoğan rus sülhməramlılarının Qarabağda bəlli bölgələrdəki mövcudluğunun 2025-ci ildə bitəcəyini və bundan sonra rus hərbçilərin Azərbaycan ərazisindən çıxacağına inandığını deyib: "Bu, tərəflər arasındakı anlaşmadan irəli gəlir. Zatən, qardaşım İlham Əliyev bu məsələni yaxından təqib edir. Bizim mövqeyimizə gəldikdə, inanıram ki, Rusiya 2025-ci ildə üzərinə düşən öhdəliyə əməl edəcək".
Lamiyə
MİA.AZ